AZ

UNRWA: İsrailin Rafaha hücumları fəlakətli vəziyyəti daha da pisləşdirir

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki hücumları və məcburi köçkün siyasətinin hazırda mövcud olan fəlakətli vəziyyəti daha da pisləşdirdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, UNRWA-nın X hesabından mövzu ilə bağlı edilən şərhdə, Rəfahdakı 34 sağlamlıq məntəqəsindən 10-nun bağlanmalı olduğu ifadə edilib.

Bəyanatda İsrailin Rəfaha hücumları və məcburi köçkün siyasətinin onsuz da fəlakətli vəziyyəti daha da pisləşdirdiyinə diqqət çəkilərək, UNRWA-nın 3 sağlamlıq mərkəzinin aşağı tutumla işlədiyi bildirilib.

Kənan Yusif 

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla