AZ

İqtisadiyyat naziri Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar.

FED.az xəbər verir ki, bu barədə M. Cabbarov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü qeyd edilən bu əlamətdar tarixdə Ağdam Sənaye Parkında Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və həmkarlarla birlikdə bir neçə müəssisədə görülən işlər və yaradılan infrastrukturla tanış olduq.

İşğaldan azad edilmiş ərazilərimizin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması kimi istiqamətlərdə həyata keçirilən təşəbbüslərdə fəal iştirak edən Sənaye Parkının hər bir rezidentinə və əməkdaşına təşəkkürlərimizi çatdırır, uğurlar arzulayırıq", - nazir paylaşımında qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
4
Mənbələr
Şərh ()
Bağla