AZ

İqtisadiyyat naziri Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub

"Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü qeyd edilən bu əlamətdar tarixdə Ağdam Sənaye Parkında Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və həmkarlarla birlikdə bir neçə müəssisədə görülən işlər və yaradılan infrastrukturla tanış olduq".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.

"İşğaldan azad edilmiş ərazilərimizin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması kimi istiqamətlərdə həyata keçirilən təşəbbüslərdə fəal iştirak edən Sənaye Parkının hər bir rezidentinə və əməkdaşına təşəkkürlərimizi çatdırır, uğurlar arzulayırıq", - nazir qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
4
vergiler.az

5Mənbələr