AZ

AB-də bir ilk: Qalıq yanacaqda bərpa olunan enerji

Avropa İttifaqı (Aİ) ölkələrinin elektrik istehsalında qalıq yanacaqların payı aprel ayında ilk dəfə olaraq 25 faizdən aşağı düşüb.   Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Fosil yanacaqlardan günəş və küləyə keçid 2024-cü ildə sürətlənib. Qalıq yanacaqlarla istehsal aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz azalıb. Həm kömürdən, həm də qazdan elektrik enerjisi istehsalı kəskin şəkildə azalıb. Kömürdən elektrik enerjisi istehsalı Aİ ölkələrinin enerji səbətinə cəmi 8,6 faizlə daxil olduğu halda, əvvəlki ilin aprel ayı ilə müqayisədə 30 faiz azalıb. Sözügedən dövrdə qazdan elektrik enerjisi istehsalının ümumi istehsalda xüsusi çəkisi 12,1 faiz olub və illik müqayisədə 22 faiz azalıb. AB ölkələrində keçən ilin aprel ayı ilə müqayisədə qalıq yanacaqlardan istehsalda ən böyük azalma Almaniyada müşahidə olunub. Bu ölkədəki 26 faizlik azalma AB-dəki ümumi enişin 32 faizinə uyğun gəlir. Aprel ayında Aİ elektrik enerjisinin 34 faizi külək və günəş enerjisindən əldə edilib. Ötən ilin may ayında bu göstərici 31 faiz təşkil edib. Aprel ayında yüzdə 54 ilə AB-nin elektrik enerjisinin yarısından çoxunun istehsalında bərpa olunan enerji mənbələrindən istifadə edilib. Elektrik enerjisinə tələbatın bərpasına baxmayaraq, Aİ-də bərpa olunan enerji mənbələrinə doğru əhəmiyyətli dəyişikliklər baş verib. 2024-cü ilin ilk 4 ayında mədən qaynaqlarından istehsal illik bazda yüzdə 18 azalarkən, külək və günəş enerjisindən istehsal isə yüzdə 14 artıb. Bərpa olunan enerji mənbələri qalıq yanacaqları əvəz etdikcə, Aİ enerji sektorunun emissiyaları 2024-cü ilin yanvar-aprel dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azalıb. Hesabatda qiymətləndirmələri yer alan Ember Avropa Proqram Direktoru Sarah Braun deyib: "Bir vaxtlar ağlasığmaz olan şeylər gözümüzün qabağında baş verir. Qalıq yanacaqlar Avropanın enerji sektorunda yox olmaq üzrədir. Günəş və külək əsas oyunçular olaraq ortaya çıxıb və müasir təmiz elektrik sisteminin onurğa sütunu rolunu öz üzərinə götürməyə hazırdırlar” - deyib. Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla