AZ

Ekspert: Göllərdən çimərlik kimi istifadə etmək yolverilməzdir

Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb. Hadisə dünən gecə saatlarında baş verib. Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, xüsusi ilə yay aylarında vətəndaşlar sərinləmək üçün çimərliklərə üz tutur:

"Bu səbəbdən hazırda çimərlikdə təhlükəsizlik məsələsi ön plandadır. Ona görə də yalnız icazə verilən ərazilərə getmək lazımdır. Təyinatlı su anbarları, göllər, çaylardan, kanallardan çimərlik kimi istifadə etmək yolverilməzdir. Nəzərə almaq lazımdır ki, kanallarda suyun üzəri ilə altdakı axın sürəti eyni deyil. Həmçinin, suyun üstündə  mamırlar, kəsici şüşə parçaları, konservlər ola bilər.Bu insanların həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Xüsusi nişanlanmış sərhədləri keçmək, spirtli içki qəbul edib, gecə saatlarda suya girmək olmaz. Su hövzəsinə kiçik həcmli qayıq, gəmiləri icazəsiz daxil etmək qadağandır. Günün qızmar saatlarında suya girmək günvurma riskini artırır. Azyaşlı uşaqlara ciddi nəzarət etmək lazımdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
Mənbələr
Şərh ()
Bağla