AZ

57 dövlət Qərbi Azərbaycan məsələsinə imzasını atdı- böyük tarixi hadisə…

Image

Tural İsmayılov: “Qərbi Azərbaycana qayıdış beynəlxalq birliyin diqqət mərkəzindədir”

Qərbi Azərbaycan və azərbaycanlıların hüquqları ilə bağlı bəyanat yayılıb. Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 4-5 may 2024-cü il tarixlərində Qambiyanın Bancul şəhərində keçirilmiş zirvə görüşündə təşkilatın üzvü olan 57 dövlət Ermənistandan zorla qovulmuş azərbaycanlıların taleyindən narahatlıq ifadə edib.

Eyni zamanda, onların öz doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək ifadə ediblər. Bundan əlavə, dövlət və hökumət başçıları Ermənistanda müsəlman mədəni irsinin təhqir edilməsini və dağıdılmasını sərt şəkildə qınayıblar.

Qərbi Azərbaycan İcması İƏT sammitinin bu qərarını ürəkdən alqışlayır. Bu qərarı ilə İƏT Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə etmiş ilk beynəlxalq təşkilat olub.

“55-dən artıq dövlətin Qərbi Azərbaycandan zorla çıxarılan və Ermənistan dövləti tərəfindən zorakılığa məruz qalan soydaşlarımız haqqında mövqe ortaya qoyması bizim bu məsələdə haqlı olduğumuzu göstərir” 

Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qərbi Azərbaycana qayıdış beynəlxalq birliyin diqqət mərkəzindədir. Qərbi Azərbaycana qayıdığın beynəlxalq hüquqi aspektləri və əsasları mövcuddur. Dünyada deportasiyaya məruz qalan, vətəndaşları haqsızlığa məruz qalan Azərbaycan kimi ikinci elə bir dövlət yoxdur: “Bu baxımdan Qərbi Azərbaycana qayıdış məsələsinə Azərbaycan cəmiyyəti tərəfindən xüsusi diqqət göstərilir və göstəriləcək. İslam Əməkdaşlıq Təşkilatının Bancul zirvə görüşündə 55-dən artıq dövlətin Qərbi Azərbaycandan zorla çıxarılan və Ermənistan dövləti tərəfindən zorakılığa məruz qalan soydaşlarımız haqqında mövqe ortaya qoyması bizim bu məsələdə haqlı olduğumuzu göstərir. Bu gün ölkəmiz Qərbi Azərbaycana dinc qayıdış konsepsiyasını müdafiə edir. Bunun həm  hüquqi, həm də ictimai əsasları mövcuddur. BMT-də daxil olmaqla, bir çox dünya dövlətləri, o cümlədən, önəmli təşkilatlar məlum məsələnin hüquqi əsasını hazırlayır. Dünya ölkələri, beynəlxalq təşkilatlar bu məsələni gündəmdə saxlamalı və piar etməlidir”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla