AZ

“Heydər Əliyev irsi: Milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” adlı konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Heydər Əliyev irsi: Milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” adlı konfrans keçirilir. SİA xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Ümumilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Ulu Öndərin 101-ci ildönümünə həsr edilən filmin təqdimatı baş tutub.

Qeyd edək ki, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Milli Məclisin deputatları və dövlət rəsmiləri iştirak edir.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla