AZ

Tiktoku bu türk ölkəsi də qadağan edə bilər

Tiktok sosial şəbəkəsi Türkiyədə də qadağan oluna bilər.

Yenipress.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyasının sədri Hüseyn Yayman deyib.

“Xüsusilə bu platformada məzmun paylaşımı ilə bağlı çox ciddi tənqidlər var. Tiktok Amerikada qadağan edilib. Biz qadağaların əleyhinəyik, amma Türkiyədə bu qadağalarla bitəcək. Çünki burada nə sözlə, nə məsləhətlə, nə də xahişlə heç vaxt uğur qazana bilməyəcəyimiz münasibətlər var”, - o bildirib.

Onun sözlərinə görə, komissiya söz azadlığının tərəfdarıdır və senzuraya qarşıdır, lakin ictimai asayişi qorumaq da lazımdır:

“Uşaqları və gəncləri qorumaq lazımdır, onlar daha sağlam psixika ilə böyüməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
225
Mənbələr
Şərh ()
Bağla

Reytinq