AZ

Hökməlidə yol və kanalizasiya sistemi aylardır həll olunmur- Sakinlərin müraciəti CAVABSIZ QALIB - VİDEO

Abşeron rayonu Hökməli qəsəbəsində yolların bərbad vəziyyətdə olmasıyla bağlı saytımızda bir müddət əvvəl xəbər dərc olunmuşdu.
Təxminən 5 ay keçməsinə baxmayaraq problem həllini tapmayıb.
Sakinlərin iddiasına görə, məsələylə bağlı bir neçə ay əvvəl Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıblar və qurum, onları bələdiyyəyə yönləndirəcəyini bildirib. Lakin bələdiyyə nə onları cavablayıb, nə də problemin həlli istiqamətində tədbir görüb.
Bildirirlir ki, qəsəbə sakinləri xüsusilə kanalizasiya problemindən əziyyət çəkirlər. Belə ki, kanalizasiya suyunun evlərdən birbaşa yola axması xoşagəlməz qoxunun ətrafa yayılmasına səbəb olur. Eyni zamanda yola axan çirkab su çökəkliklərə dolur və maşınlar hərəkət edərkən ərazidən keçmək mümkünsüz olur.
Məsələylə bağlı Abşeron Rayon İcra Hakimiyyəti və Hökməli bələdiyyəsi ilə əlaqə saxlamağa çalışsaq da, sorğumuza cavab verən olmadı.

Nərmin 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla