AZ

Qaradağda dəyirmi masa keçirildi - Fotolar

Mayın 1-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev abidəsi önünə gülqoyma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, şəhid ailələri, qazilər, əsgərlər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri ulu öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. 

Tədbirdə 5000 nəfərdən artıq insan iştirak edib.

Daha sonra Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Nadir Muradov, Milli Məclisin deputatı Səbinə Xasayeva, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, YAP Qaradağ RT-nin sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti baçşısı yanında Şuranın üzvləri, icra aparatının şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəyirmi masanı giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov bildirib ki, ulu öndər, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinə müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən şəxsiyyət kimi düşüb.

Heydər Əliyevin sayəsində Azərbaycan aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrilib. Sovetlər dövründə bütün sahələrdə ən qabaqcıl respublika oldu. İkinci dəfə xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə gələn dahi şəxsiyyət qısa zaman kəsiyində ölkədə hökm sürən xaos və özbaşınalığa son qoydu, qlobal layihələrin əsasını yaratdı. Həmin əsaslar üzərində cənab Prezidentimiz İlham Əliyev Azərbaycanı sürətli inkişaf yoluna qoyaraq bölgədə və dünyada ən nüfuzlu ölkə halına gətirdi. İllərlə problemə çevrilən Dağlıq Qarabağ münaqişəsinə son qoydu, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam təmin edib.







Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
Mənbələr
Şərh ()
Bağla