AZ

Azərbaycan futzal millisinin qapıçısı 4 ölkədən rəsmi təklif alıb

“Atırau” ilə müəyyən şərtlərdə razılığa gələ bilmədiyimiz üçün ayrılmağı qərara aldım. Hazırda 4 fərqli ölkədən 7-8 rəsmi təklif almışam.

Bunu “Report”a açıqlamasında Azərbaycan futzal millisinin qapıçısı Rövşən Hüseynli deyib.

Qolkiper Qazaxıstanın “Atırau” klubundan ayrılmasının səbəbini müqavilə şərtlərində razılığa gələ bilməmələri ilə əlaqələndirib: “Şərtlər belə idi ki, pley-offa çıxacağım təqdirdə, müqavilə avtomatik uzadılacaqdı. Ümumiyyətlə, Qazaxıstanın bütün klublarında şərtlər belə olur. “Atırau” növbəti mövsüm üçün də müqavilə bağlamaq istəyirdi”.

Hüseynov ilin rəmzi komandasında yer aldığını söyləyib: “Ötən il ən yaxşı qapıçı kimi rəmzi komandada yer aldım. Bu il də əsas namizəd idim. Hətta Qazaxıstan rekordunu qırmışam. Eyni rekordu təkrarlamışam. Şəxsi çıxışımla bağlı hər şey əla və qaydasında idi”.

O, komandasının çempionluq şanslarının qaldığını bildirib: “Atırau” müntəzəm mövzümü 5-ci yerdə başa vurdu və mübarizəni pley-offda davam etdirir. Müqavilə müddətini uzatmadığıma görə, pley-off oyunlarında iştirak etmədim. Qarşımıza qoyulan əsas məqsədlərdən biri də məhz pley-offa vəsiqə qazanmaq idi. Ümumiyyətlə, çempionatdakı 11 komandadan 6-sı pley-offa yüksəlib. Hazırda pley-off oyunları davam edir və komandanın çempionluq şansları qalır”.

Əsasən xarici klublardan təkliflər aldığını deyən R.Hüseynli hazırda onların heç birinə cavab verməyib: “Növbəti mövsüm Azərbaycan çempionatında hansı klubların oynayacağı, kimlərin iddialı olacağı bilinmir. Bu səbəbdən burada oynamaqla bağlı fikirlər məntiqə uyğun deyil. Hazırda 4 fərqli ölkədən 7-8 rəsmi təklif almışam. Ancaq ağır mövsümdən sonra istirahətə ehtiyacım olduğu üçün hazırda bu barədə düşünmürəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla