AZ

“Azərbaycana Heydər Əliyev kimi şəxsiyyət lazım idi” - MÜNASİBƏT BİLDİRİLDİ

“Biz “91-lər” olaraq Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün Ona müraciət etdik. Yaxşı ki məqsədimiz baş tutdu. Çünki o zamanlar Azərbaycan çox pis vəziyyətdə idi. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsə idi, bəlkə də Azərbaycan darmadağın olmuşdu. Dövlətimizə Heydər Əliyev kimi şəxsiyyət lazım idi”. Bu sözləri SİA-ya açıqlamasında YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca deyib.

“Mən öz gözlərimlə xalqın Ulu Öndər Heydər Əliyevə olan sevgisinin şahidi olmuşam. Elə Heydər Əliyev də xalqını çox sevirdi. Hələ Ulu Öndər hakimiyyətə gəlmədən öncə Naxçıvana gedəndə məni də oraya dəvət etmişdi. Naxçıvanda da Ümummilli Liderimizə qarşı olan xalq məhəbbətini gördüm və bunun nəticəsində “Xalq məhəbbəti- böhtançıların aqibəti” adlı yazı yazdım. Allah sanki Heydər Əliyevi bizim xalqı dardan qurtarmaq üçün yetirmişdi. Heydər Əliyev Azərbaycanın bütün bədxahlarına qalib gəldi. Heydər Əliyevin qalibiyyəti elə Azərbaycanın qalibiyyəti oldu. Çünki bugünkü Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində qurulub”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla