AZ

“Fənərbağça” İsmail Kartalla yollarını ayırır


Türkiyə Super Liqasının təmsilçilərindən “Fənərbağça” klubu baş məşqçi İsmayıl Kartalla yollarını ayıracaq.
Yeniavaz.com
“Sabah”a istinadla xəbər verir ki, İstanbul kulubu mövsümün sonunda müqavilə müddəti başa çatan 63 yaşlı baş məşqçi ilə gələn mövsüm davam etməyəcək.
Qəzetin məlumatına görə, hətta “Fənərbağça”da yeni baş məşqçi üçün iki namizəd də müəyyənləşib.
Məlumata görə, yeni mövsümdə “Fənərbağça”nın başında dünya səviyyəli bir məşqçi olacaq. Belə ki, namizədlərdən Ali Koç yenidən prezident seçiləcəyi təqdirdə, komandanın başına portuqaliyalı baş məşqçi Joze Mourinyonu gətirməyə çalışacaq.
“Fənərbağça”da prezidentliyə digər namizəd Sadettin Saran isə bu posta layiq görüləcəyi təqdirdə, “Tottenhem”in baş məşqçisi Antonio Konteni komandaya gətirməyə cəhd edəcək.
Qeyd edək ki, İsmail Kartal bu mövsüm “Fənərbağça” ilə 55 oyunda 41 qələbə, 7 heç-heçə və 7 məğlubiyyətlə hər oyunda orta hesabla 2,36 xal qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla