“Nature” jurnalında dərc olunan son araşdırma, səbəbin GDF15 (artım diferensiasiya faktoru) hormonu olduğunu müəyyən edib. Bir qadının özünü necə xəstə hiss etməsi, hamilə qalmadan əvvəl GDF15-in nə qədər istehsal olunduğundan və onun bu hormonun təsirinə qarşı müqavimətindən asılıdır.
Tədqiqatlar göstərir ki, qadının hamiləlik dövründə keçirdiyi ürəkbulanma birbaşa plasentanın fetal hissəsi tərəfindən istehsal olunan, qana göndərilən GDF15 miqdarı və bu hormonun ürəkbulanma təsirinə nə dərəcədə həssas olması ilə bağlıdır.
Plasenta atanın genetik materialı ilə yaradılır. Bu hormonun həddindən artıq ifraz olunmasında atanın genetik materialında baş verən epigenetik dəyişikliklər mühüm rol oynayır.
Saglamolun.Az