AZ

ADNSU-nun kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov və universitetin əməkdaşları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

 

AzEdu.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb.Dosent Vazeh Əskərov görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyub.


Ziyarət zamanı tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
3
Mənbələr
Şərh ()
Bağla