AZ

Brazilyada daşqın səbəbindən evini tərk edənlərin sayı 300 mini keçib

Braziliyanın cənubunda daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb, evlərini tərk edənlər isə 300 mini keçib. Bu barədə ölkənin mətbuatı Mülki Müdafiə Xidmətinə yazıb. 
 
" 327 105 nəfər evini tərk etmək məcburiyyətində qalıb, 68 519 nəfər sığınacaqlarda yerləşdirilib. Ümumilikdə 1,7 milyon insan daşqınlardan zərər çəkib.
Son məlumatlara görə, azı 107 nəfər həlak olub, 754 nəfər yaralanıb. 134 sakin itkin düşüb", - məlumatda deyilir. 
 
Ötən həftənin əvvəlində Braziliyanın cənubunda güclü yağışlar başlayıb. Prezident Luiz İnasio Lula da Silva bölgəyə səfər edib.
 
Bundan əvvəl Qazaxıstanda da sel daşqınları səbəbindən yüzlərlə insan evlərini tərk edib. 
 
Ölkədə fövqəlada vəziyyət elan olunub. 
 
Gülnar Nazimqızı 

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla