AZ

Rus ordusu Xarkovda beş istiqamətdə hücuma keçib

Rusiya ordusu Xarkov vilayətində beş istiqamətdə hücuma keçib.

Azpost.info xəbər verir ki, bu barədə “Hərbi iş” Teleqram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Rusiya qüvvələri Borisovka kəndini nəzarətə götürüb, Qoptovka, Krasnı, Pıslenayada isə döyüşlər gedir.

Rusiya Müdafiə Nazirliyi məlumatı şərh etməyib.

Hərbi müxbir Yuri Kotenok Teleqram kanalında bütün gecə sərhəd bölgələrində şiddətli döyüşlərin getdiyini bildirib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
10
Mənbələr
Şərh ()
Bağla