AZ

"Subay deyiləm, həyatımdakı kişi..." - Mətanətdən iddialı sözlər

"Mənə dostum Manaf Ağayevin fikri önəmlidir. O, mənim qardaşımdır, canımdır, illərimin dostudur. Adam var ki, sevgilidir, deyir ki, biz dostuq. Dost ilə sevgilini siz ayıra bilmirsiniz?! Qardaş və bacı olmağı sevgiyə qatırsınız. Amma mən alnıaçıq deyirəm ki, Manaf Ağayev mənim qardaşımdır".

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Tarixin bir günü" verilişində deyib.

O, şəxsi həyatından da danışıb: "Mənim başımın üstündə insan var. Onun fikri mənə önəmlidir. O ağzımı açıb, kiməsə cavab verməyə icazə vermir. Lazım olanda cavab da verir, onu yerində otuzdurur. Mən subay deyiləm. Şərt o deyil ki, toy mərasimi edim?! Bütün dəyər verdiyim xanımların qarşısına belə bir insan çıxsın. Ona başımla da cavabdehəm! O elə kişilərdən deyil, şəkli ekranlarda gəzsin".


Müəllif: Rəqsanə Həsənova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla