AZ

İsrail-Həmas atəşkəs danışıqları nəticəsiz qalıb

Misirin paytaxtı Qahirədə İsrail-Həmas arasında keçirilən atəşkəs danışıqları nəticəsiz qalıb.

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyatlarını davam etdirəcəyini açıqlayıb. İsrail əsgərləri Rəfah sərhədində yerləşdirilib.

İsrail nümayəndə heyəti hərbi əməliyyatlara son qoyacaq və girovların azad edilməsini təmin edəcək razılaşmanı müzakirə etdikdən sonra Qahirəni tərk edib.

ABŞ prezidenti Co Baydenin silah tədarükünü dayandırmaqla hədələməsinə cavab olaraq İsrail Müdafiə Qüvvələri əməliyyatlarını davam etdirə biləcək silah ehtiyatına malik olduğunu bildirib.

Mövsüm

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla