AZ

Polşa Ukraynaya daha çox silah vermək fikrindədir

Polşanın Ukraynadakı səfiri Yaroslav Quzi Varşavanın Ukraynaya silah tədarükünü artıracağına ümid etdiyini bildirib.

Qaziler.az bildirir ki, o, bu barədə “Ukrinform”a müsahibəsində bildirib.

Quzi vurğulayıb ki, Varşava praktiki olaraq silah ehtiyatlarını tükəndirib, tanklar və təyyarələr də daxil olmaqla, onda olan hər şeyini Ukraynaya təhvil verib.

“Sual ondan ibarətdir ki, biz əlavə istehsal baxımından daha çox silah verə bilərikmi? Biz yalnız ABŞ, Almaniya və Böyük Britaniyadan yardımların həcmində geri qalırıq. Amma mən gözləyirəm ki, Polşadan daha çox silah gələcək, məsələn, söhbət döyüş sursatı və pilotsuz təyyarələrin istehsalından gedir”, - diplomat bildirib.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk Şimali Atlantika Alyansının (NATO) hərbçilərinin Ukrayna ərazisində olduğunu bildirmişdi. Onun sözlərinə görə, indi alyans Ukraynaya bacardığı qədər kömək edir. Tusk qeyd edib ki, bu dəstək olmasaydı, Ukrayna Silahlı Qüvvələri Rusiya qüvvələrinin hücumunu bu qədər uzun müddət saxlaya bilməzdi.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla