AZ

Simeonenin yerini həmyerlisi tutacaq?

“Atletiko”da mövsümün sonunda baş məşqçi dəyişikliyi ola bilər. Belə ehtimal heç də təsadüfən ortaya çıxmayıb.

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettinonun karyerasını İspaniyada davam etdirə biləcəyi ehtimal olunur. “Todofichajes” portalının yaydığı xəbərə görə, London klubu argentinalı mütəxəssisi mövsümün sonunda istefaya göndərəcək. Dieqo Simeoneyə əvəzləyici axtarışında olan “Atletiko” rəhbərliyinin artıq Poçettino ilə danışıq apardığı da bildirilib.

“Atletiko” hazırda La Liqada 34 oyuna 67 xal toplayıb və turnir cədvəlində 4-cü yeri tutur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla