AZ

BŞİH ağacəkmə aksiyası keçirdi-FOTO

Ulu Öndər Hedər Əliyevin 101-ci il dönümündə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar may ayının 10-da Bakı şəhərində növbəti ağacəkmə aksiyası keçirib.
Tribunainfo.az yazır ki, tədbirin keçirilməsində məqsəd paytaxtda yaşıllıq zonalarının bərpa edilməsi və genişləndirilməsini təmin etmək, ictimaiyyətin diqqətini bu sahəyə cəlb etməklə ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
“Cərimə Parkı – Təbiətin Qisası” layihəsinin ikinci aksiyası çərçivəsində əkilən ağaclar yaşıllıqların qanunsuz məhv edilməsinə dair aparılan araşdırmalar gedişatında qanunsuz əməllərə yol vermiş şəxslər tərəfindən təbiətə vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, könüllü olaraq məhv edilmiş ağac və kolların sayına uyğun şəkildə yaşıllıqların bərpasına xidmət edir.
Tədbir çərçivəsində ümumilikdə Bakı şəhəri Binəqədi rayonunda 162 ədəd xan çinarı və eldar şamı cinsli ağac əkilmişdir.
Qeyd olunan tədbirin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
4
Mənbələr
Şərh ()
Bağla