AZ

Hansı rayonlarda mənzillərin qiymətində UCUZLAŞMA OLACAQ? - AÇIQLAMA

Hansı rayonlarda mənzillərin qiymətində UCUZLAŞMA OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, Bakı və bir sıra ətraf ərazilərdə mənzillər kütləvi şəkildə satışa çıxarılır və ucuzlaşma prosesi gedir. Yay aylarının sonlarında, tələbələr paytaxta axın etdiyi üçün bu dönəmlərdə kirayə mənzil bazarında qiymətlər əl yandırır. Lakin yay aylarına doğru bu tendensiya dəyişir. İlin bu vaxtında vətəndaşlar tətilə istirahət üçün rayonlara və turizm zonalarına üstünlük verirlər. Bu bölgələrdə, xüsusilə turizmin aktiv olduğu regionlarda kirayə mənzillər, fərdi yaşayış evləri baha olur. Bəs bu il Bakı və regionlarda mənzil bazarında qiymətlərdə hansı dəyişikliklər olacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, hər ilin bu dövründə mənzil bazarında hazırlıq dövrü gedir:

"Əslində hər ilin bu vaxtında mövsümü kirayə verilən fərdi evlərin, mənzillərin, yaşayış fondlarının hazırlıq dövrüdür. Həmişə bu dövrlərdə qiymətlər nisbətən yuxarı olur. Ərazi üzrə verilən kirayə evlər ilə digər şəxslər artıq maraqlanır. Tələbatın necə olacağını öyrənməyə çalışırlar. Ona uyğun isə vətəndaşlar öz qiymətlərini tənzimləyirlər. Hələlik bu barədə danışmaq tezdir. Yalnız demək olar ki, nisbətən turizm aktivliyi gözlənilir. Eyni zamanda hər il bu fondda artım müşahidə olunur. Yəni təklif olunan əmlakların sayı ilbəil çoxalır. Turizm zonalarında daha çox aktiv artım var. Hazırlıq dövrü getdiyi üçün Bakı və turizm zonalarında mövcud qiymətlər bağlı erkən məlumat vermək çətindir".

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, yay aylarında mənzillərin qiymətlərində həm düşmələr olur, həm də stabil qalır:

"Adətən biz müşahidə edirik ki, yay aylarında mənzillərin qiymətlərində həm düşmə, həm də stabil qalır. Keçən il biz bunu müşahidə etmədik. Keçən ay ümumiyyətlə mənzillərin qiymətlərində artımlar oldu. İlin əvvəlindən etibarən qiymətlər stabildir. Hər hansı bir bahalaşma müşahidə edilmir. Keçən 25-30 faiz artım olduğu üçün hələ də o qiymətlər stabil olaraq qalır. Keçən ilki qiymətlərdir və hələ də qalır. Qiymətlər yüskək olduğu üçün bazarda alıcı azdır. Yüksək qiymətləri almaq istəyən alıcı yoxdur. Təbii ki, 100-120 min otaqlı mənzil bir alıcı gücündə deyil. Bu səbəbdən bu gün bazarda alıcı durğunluğu var. Yay aylarında 10 faizə qədər azalma gözləyirik. Satıcılar isə hələ də qiymətləri salmaq istəmirlər. Bu tendensiya hələ də davam edir".
Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
Mənbələr
Şərh ()
Bağla