AZ

"İmişli" Argentinada futbolçu axtarır?

I Liqada mübarizə aparan "İmişli" komandası ilə bağlı maraqlı məlumat əldə etmişdik.

Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi Argentinada futbolçu axtarışına çıxıb.

Belə ki, AFFA-dan kluba Premyer Liqaya hazır olmaq tapşırığı verilib. Bununla bağlı 100 faiz təminat verilməyib. Lakin bildirilib ki, əgər İcraiyyə Komitəsi Premyer Liqada klub sayını artırmaqla bağlı qərar versə, elitaya gələcək komandalardan biri də "İmişli" olacaq. Məhz bu baxımdan hazırlıqlı olmaq lazımdı. "İmişli" rəhbərliyi də bu mənada işini ehtiyatlı tutub və elita üçün futbolçu axtarışına çıxıb. Rəhbərlik okeanın o tayı ilə əlaqələrindən də istifadə edib, Argentinanın yüksək və I liqa klublarından bəzi futbolçuları gözaltı edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla