AZ

Rusiyanın Baş nazirləri olmuş şəxslər barədə MARAQLI FAKTLAR

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Mixail Mişustinin Baş nazir postuna namizədliyi ilə bağlı təklif verib. Böyük ehtimalla Mişustin yenidən parlamentin dəstəyini alaraq ölkənin Baş naziri olacaq. 


Sfera.az xatırladır ki, Rusiya Federativ Respublikası yaradılandan sonra ölkənin Baş naziri kimi çalışanların sayı 14 olub. Amma Baş nazir vəzifəsinə təyin edilənlərin sayı 11-dir. Mişustin hökumətə 2020-ci ilin yanvarın 16-dan rəhbərlik edir və o, sonuncu Baş nazirdir.  


Hökumət rəhbərləri ilə bağlı maraqlı fakt ondan ibarətdir ki, Rusiya Federasiyasının dövlət başçısı olmuş şəxslərin hamısı ya öncə, ya da sonra Baş nazir vəzifəsini tutublar.  


Bəs indiyə qədər kimlər Rusiya Federasiyanın Baş naziri olub?


Federasiyanın ilk baş naziri vəzifəsini Boris Yeltsin icra edib. O, 1991-ci ilin noyabrın 6-dan 1992-ci ilin iyunun 15-nə qədər Baş nazir vəzifəsində çalışıb. Yeltsin Baş nazir vəzifəsinə təyin edilməyib və 1992-ci ilin iyulundan Rusiyanın Prezidenti olub. 


Rusiya Federasiyanın hökumətinə Yeltsindən sonra Yeqor Qaydar başçılıq edib. O da Baş nazir vəzifəsinə təyin edilməyib. Qaydar 1992-ci ilin iyunun 15-dən həmin ilin dekabrın 15-nə kimi Baş nazir səlahiyyətlərini həyata keçirib. 


Rusiya Federasiyanın ilk Baş naziri Viktor Çernomırdindir. Çernomırdin iki müddətdə hökumət başçısı vəzifəsində çalışıb. Birinci müddət 1992-ci ilin dekabrından 1998-ci ilin martın 23-nə qədər davam edib. İkinci müddət 1998-ci ilin 23 avqustundan 1998-ci ilin 11 sentyabrına qədər qısa dövrdən ibarətdir. 


Birinci müddətlə ikinci müddətin arasında hökumət başçısı Sergey Kirienko olub. Kirienko ikinci Baş nazir kimi hökuməti 5 ay idarə edib. 


Rusiyanın üçüncü Baş naziri Yevgeni Primakovdur. Primakov 1998-ci ilin sentyabrın 11-də Baş nazir təyin edilib və 1999-cu ilin mayın 12-nə qədər Federasiyanın Baş naziri vəzifəsində çalışıb. 


Sonrakı Baş nazir Sergey Stepaşin olub. Onun Baş nazirlik dövrü 1999-cu ilin mayın 12-dən 1999-cu ilin avqustun 9-na kimi davam edib. 


Rusiyanın yeddinci Baş naziri hazırki dövlət başçısı Vladimir Putin olub. Putin bu vəzifəyə 1999-cu ilin avqustun 9-da təyin edilib və 2000-ci ilin mayın 7-də bu vəzifədən gedib. 


Putin daha bir dəfə Baş nazir olub və onun ikinci dövrü 4 il davam edib. 2008-ci ilin mayın 8-də Baş nazir təyin edilən Putin 2012-ci ilin mayın 7-də bu vəzifədən gedib. 


Putinin ilk Baş nazirliyi dövründən sonra Federasiyanın hökumətinə Mixail Kasyanov rəhbər təyin olunub. O, dörd il – 2000-ci ilin mayın 7-dən 2004-cü ilin fevralın 24-nə kimi hökuməti idarə edib. 


Viktor Xristenko Rusiya Federasiyanın ən qısa müddət Baş naziri vəzifəsini icra edən şəxsdir. Xristenko cəmi 10 gün Baş nazir vəzifəsinin icraçısı olub. 
Onu 2004-cü ilin martın 5-də Mixail Fradkov əvəzləyib. Fradkov Baş nazir vəzifəsinə təyinat alıb və 2007-ci ilin sentyabrın 14-nə kimi Baş nazir vəzifəsində çalışıb. 


Viktor Zubkov Baş nazir kimi 239 gün işləyib. O, da iki dövr hökumətə rəhbərlik edib. Birinci dövr 2007-ci ilin sentyabrından 2008-ci ilin mayın 8-nə kimi, ikinci dövr isə 2012-ci ilin mayın 7-dən mayın 8-nə kimi, yəni bir gün davam edib. 


Rusiyanın növbəti və tanınmış Baş naziri Dimitri Medvedev olub. O, dövlət başçısı vəzifəsindən uzaqlaşandan sonra 2012-ci ilin mayında Baş nazir təyin edilib. Medvedev bu vəzifədə 2020-ci ilin yanvarın 16-na kimi qalaraq müasir Rusiyanın ən uzunmüddətli Baş naziri olub. 


Medvedevi 2020-ci ilin yanvarında Mixail Mişustin əvəzləyib və indiyə qədər bu vəzifəyə rəhbərlik edir. On birinci Baş nazir olan Mişustini yalnız 2020-ci ilin aprel-may dövründə 21 gün Andrey Belousov əvəz edib. 


Beləliklə, Rusiya Federasiyasında Baş nazir vəzifəsinə dəfələrlə təyinatlar həyata keçirilib. Yalnız Putin 2 dəfə Baş nazir təyin edilib. Ən maraqlı faktlardan biri isə odur ki, Baş nazirlərin əksəriyyətinin partiya mənsubiyyəti olmayıb. Hazırki Baş nazir Mişustin də bitərəfdir. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
Mənbələr
Şərh ()
Bağla