AZ

Çin Ukraynadakı münaqişəyə görə Rusiyaya təsir etməkdə maraqlı deyil- Cozep Borell


Biz uzun müddətdir ki, Çinə öz təsirindən istifadə etməli olduğunu deyirik. Lakin Pekin Ukraynadakı münaqişə kontekstində Rusiyaya təsir göstərməyə çalışmır, çünki bunda maraqlı deyil.

Missiya.Az
 xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borell bildirib.

"İcmaya üzv olan 27 ölkə arasında yekdil qərarların qəbul edilməsi çətindir. Ukraynaya gələcək hərbi yardımla bağlı bəzi qərarlar dövlətlərdən birinin mövqeyinə görə əngəllənir. Rusiyanın Ukrayna cəbhəsində atəş gücü 10 dəfə çoxdur. Bu o deməkdir ki, Ukrayna hücuma keçməyə cəhd edib, lakin geri çəkilməyə məcbur olub", - Borell əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla