AZ

Ermənistan öz qonşuları ilə mehriban münasibətlər qurmağa hazırdır - Xaçaturyan

Bakı. Trend:

Ermənistan prezidenti Vaaqn Xaçaturyan ABŞ-a işgüzar səfəriçərçivəsində Sacramentoda Kaliforniya qubernatoru Qevin Nyusom iləgörüşüb.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, tərəflərErmənistan və ABŞ arasında bütün istiqamətlər üzrə sıx vəçoxtərəfli əməkdaşlığı yüksək qiymətləndiriblər.

Əsasən Kaliforniyada təmsil olunan erməni icmasınınErmənistan-Amerika münasibətlərində unikal rol oynadığıvurğulanıb.

Həmsöhbətlər regional və qlobal məsələləri və çağırışlarımüzakirə ediblər. Münaqişələrin sülh danışıqları yolu ilə həllinvacibliyi vurğulanıb.

Xaçaturyan Ermənistanın öz qonşuları ilə mehriban münasibətlərqurmağa hazır olduğunu təsdiqləyib, bunun təzahürü hazırdaErmənistan ilə Azərbaycan arasında ilk dəfə həyata keçirilənsərhədin delimitasiyası prosesidir.

Xaçaturyan Kaliforniya qubernatorunu Ermənistana səfərə dəvətedib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla