AZ

Kabaeva Putin haqqında: "Bizim liderimiz buna laiqdir"

Rusiya prezidenti Vladimir Putinin gizli saxladığı iki övladının anası olduğu deyilən Alina Kabaeva susqunluğunu pozub.
 
AZXEBER.COM Rusiya mətbuatına əsasən xəbər verir ki, illərlə davam edən münasibəti ilə bağlı heç zaman açıqlama verməyən Kabaeva Putinin siyasətini dəstəklədiyini bildirib.
 
Rusiya prezidenti Vladimir Putinin keçmiş sevgilisi Alina Kabaeva bu həftə Putinin andiçmə mərasimində iştirak edib və onu açıq şəkildə tərifləyib. 
 
Kabaeva adətən ictimaiyyətin diqqətindən kənarda qalsa da, bu həftə o, Putinin siyasətini dəstəklədiyini bildirərək çıxış edib:

\"Xüsusi hərbi əməliyyat keçirilir, asan deyil, mürəkkəb prosesdir, amma insanların seçkilərə gəlib prezidenti və onun siyasətini dəstəkləməsi çox gözəldir. Biz seçicilər görürük ki, liderimiz buna laiqdir. Bu, bizim bütün uğurlarımızın və qələbələrimizin əsasını təşkil edir” - deyə Kabaeva bildirib.
 
Xatırladaq ki, bu ilin əvvəlində \"Daily Star” qəzeti Putinin iki gizli övladının anası Kabaeva ilə münasibətini bitirdiyini, və Putinin hazırda 39 yaşlı Yekaterina Mizulina ilə münasibətdə olduğunu yazmışdı. 

Aysel

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla