“Rusiyanın Ukrayna cəbhəsində atəş gücü on dəfə çoxdur”.
Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqıının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel bildirib.
“Bu o deməkdir ki, Ukrayna hücuma keçməyə cəhd edib, lakin geri çəkilməyə məcbur olub”, – Borrel deyib.
Borrel Aİ üzvü olan 27 ölkə arasında yekdil qərarların qəbul edilməsinin çətin olduğunu da deyib. O əlavə edib ki, Ukraynaya hərbi yardımla bağlı bəzi qərarlar dövlətlərdən birinin mövqeyinə görə əngəllənir.
Azpost.info