AZ

"Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır" - DEPUTAT

"Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır" - DEPUTAT

"Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan əsas siyasi fiqurdur".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır:

"Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Ümumilli liderin bütün fəaliyyəti və bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi, dövrü Azərbaycan dövlətçiliyinə həsr olunmuşdur. Heydər Əliyevin keçdiyi yol izəngin bir həyat ensiklopediyasıdır desəm yanılmaram. Heydər Əliyev ömrü bütöv Azərbaycan tarixinin yüksək zirvəsidir.

Xalqımızın əldə etdiyi bütün nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlarda imzası olan Heydər Əliyev fədakarlıq və çalışqanlığı ilə müasir dövlətçiliyimizin banisi və qurucusu olaraq ulu öndər kimi yüksək zirvəyə ucalmışdır.Xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi, bənzərsiz şəxsiyyətlərdəndir. Heydər Əliyev rəhbəri olduğu ölkəmizin bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini qoymuşdur. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran lider, dahi rəhbər idi".

Deputat vurğulayıb ki, Azərbaycan xalqının ucalıq rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında xidmətləri illər, əsrlər keçdikcə daha aydın görünəcəkdir:

"Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində xalqının tərəqqisi, zəngin mədəniyyəti, dövlətimizin taleyi üçün hər zaman çalışmışması gələcək nəsillər tərəfindən də misilsiz olaraq qiymətləndiriləcəkdir. II Qarabağ müharibəsində Zəfər qələbəmizin Ulu Öndərin planı əsasında baş tutması da bir reallıqdır. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunması zamanı xalqa müaricəti bunun bariz nümunəsidir. Bugünkü müasir, qabaqcıl siyasətimiz də məhz Heydər Əliyev irsi davam etdirilir, elə buna görə də gündən günə inkişaf edən dövlətimiz global siyasətdə özünə layiqli yer tutub".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
2
Mənbələr
Şərh ()
Bağla