AZ

Müşfiq Cəfərov: "Heydər Əliyevin dövlət, millət qarşısında xidmətləri illər, əsrlər keçdikcə daha aydın görünəcək"

“Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan əsas siyasi  fiqurdur. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olub. Ümumilli Liderin  bütün fəaliyyəti və  bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi, dövrü Azərbaycan dövlətçiliyinə həsr olunub. Heydər Əliyevin keçdiyi yol zəngin bir həyat ensiklopediyası, ömrü bütöv Azərbaycan tarixinin yüksək zirvəsidir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. 

 

“Xalqımızın əldə etdiyi bütün nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlarda  imzası olan  Heydər Əliyev fədakarlıq və çalışqanlığı ilə müasir dövlətçiliyimizin banisi və qurucusu olaraq ulu öndər kimi yüksək zirvəyə ucalıb. Xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi, bənzərsiz şəxsiyyətlərdəndir. Heydər Əliyev rəhbəri olduğu ölkəmizin bütün məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarıb, müasir Azərbaycanın etibarlı bünövrəsini qoyub. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran lider, dahi rəhbər idi. 

 

Azərbaycan xalqının ucalıq rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında xidmətləri illər, əsrlər keçdikcə daha aydın görünəcəkdir. Heydər Əliyevin rəhbərliyinin bütün dövrlərində xalqının tərəqqisi, zəngin mədəniyyəti, dövlətimizin  taleyi üçün hər zaman çalışması gələcək nəsillər tərəfindən də misilsiz olaraq qiymətləndiriləcəkdir. Vətən müharibəsində Zəfərimizin Ulu Öndərin planı əsasında baş tutması da bir reallıqdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunması zamanı xalqa müaricəti bunun bariz nümunəsidir. Bugünkü müasir, qabaqcıl siyasətimizdə məhz Heydər Əliyev irsi davam etdirilir, elə buna görə də gündən-günə inkişaf edən dövlətimiz qlobal siyasətdə özünə layiqli yer tutub”, — o bildirib.

Tarix: 10 May 2024, 14:40   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
2
pravda.az

3Mənbələr