AZ

Almaniya Ukrayna üçün üç ədəd HIMARS alacaq

Almaniya ABŞ-dan üç ədəd HIMARS reaktiv yaylım atəşi sistemi alacaq və onları Kiyevə təhvil verəcək, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius Pentaqon rəhbəri Lloyd Ostin ilə Vaşinqtonda danışıqlardan sonra bildirib.

AFP yazır ki, Ostinlə görüşdən əvvəl Pistorius dünyaca məşhur silahlar, o cümlədən “Patriot” və “Stinger” zenit-raket kompleksləri, eləcə də müxtəlif sinif və tipli raketlər istehsal edən “Raytheon” müdafiə şirkətinə baş çəkib. Agentliyin məlumatına görə, şirkət rəhbərliyi ilə görüşdə hərbi məhsulların çatdırılma müddətinin mümkün azaldılması ilə bağlı müzakirələr aparılıb.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
7
Mənbələr
Şərh ()
Bağla