AZ

“Halal süd əmmişlər kimlərdir“ - Samirə Bağırova

Psixoloq Samirə Bağırova sosial şəbəkədə maraqlı paylaşım edib.

News365.az psixoloqun dediyi sözləri təqdim edir:

"Bu sözü ta uşaqlıqdan eşidirəm. Kimdir bu halal süd əmmişlər.  Kimdir bu halal süd əmmiş ailənin qızı, halal süd əmmiş oğlan. Sanki insanlar özləri özlərini təbəqəyə bölürlər. Varlı ailə ilə qohum olmaq, qızını almaq və yaxud ziyalı ailənin oğlu ilə evlənmək birdə var halal süd əmmiş. Ziyalı, oxumuş ailənin qızı, oğlu deyəndə, elə bil insanlar bir növ öz təbəqələrini eyniləşdirir. Varlı ailənin oğlu, qızı deyəndə, artıq bizdən üstündür, sanki nümatişanə göstəririk ki, baxın biz necə ailə ilə qohum olmuşuq. Biz əməlli şöhrətpərəs insanlarıq. Hər şeyimizi danışmağı, göstəriş etməyi həm sözlə, həm qohumbazlıqla, həm geyim tərzimizlə ki, toylarda gedəndə, hər şeyin ən bahalısı. Sonrada gəlib evdə üzərlik fırladırıq başımıza göz dəyməsin deyə"- deyə bildirib.

Vəfa Vəliyeva, News365.az 


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla