AZ

Ermənistanda keşiş baş nazir ola bilər

"Vətən naminə Tavuş" hərəkatından Baş nazir postuna namizəd arxiyepiskop Baqrat Qalstanyan olmalıdır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib. 

Onun sözlərinə görə, hazırda detalları bilməsə də, düşünür ki, belə də olacaq: "Çünki bu hökumət müvəqəti olacaq, ola bilsin 1 illik. Bu dövr ərzində bəzi problemlər həll ediləcək, erməni xalqı belini dikəldəcək. Bundan sonra isə ədalətli seçkilər keçirmək mümkün olacaq. Həqiqətən də, bu dövr üçün ən uyğun namizəd bu şəxsdir. Qalstanyan bütün bu prosesi məntiqli şəkildə idarə edəcək".

Xatırladaq ki, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına və Paşinyanın impiçment prosesinə start verildiyini açıqlayıb. Aksiya bu gün də davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
28
Mənbələr
Şərh ()
Bağla

Reytinq