AZ

IV ixtisas qrupu: Bu sahələr üzrə iş tapmaq ASANDIR

Xəbər verdiyimiz kimi, 2 iyun Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dördüncü qruplar üzrə blok imtahanı keçiriləcək.

 

Maraqlıdır, birinci qrupa hazırlaşan abituriyentlər hansı ixtisaslar üzrə seçim etsələr, universiteti bitirdikdən sonra iş tapmaqda çətinlik çəkməzlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Ramin Nurəliyev abituriyentlərə hərbi tibb ixtisasına müraciət etməsini məsləhət görüb:

 

“Bu ixtisasa qəbul müəyyən mərhələlər əsasında olur. Ayrıca qeydiyyat forması, tibbi yoxlanış və müsahibə mərhələsi var. Sonda Dövlət İmtahan Mərkəzinin  qəbul imtahanından toplanılan bala müvafiq olaraq qəbul prosesi aparılır. Bal da o qədər yüksək olmur. Hardasa, 450-500 bal yığan abituriyentlərin qəbul olmaq ehtimalı var. Bu ixtisasa həm Azərbaycan, həm də rus bölməsi abituriyentləri müraciət edə bilərlər. Bununla yanaşı İ.M.Seçenov Universitetinin Bakı filialında, xüsusilə də  rus bölməsi abituriyentlərinin müraciət etməsi tövsiyəsi olunur. Çünki burada da ballar o qədər də yüksək deyil. İ.M.Seçenov həm daxili imtahan, həm də DİM-in qəbul imtahanına əsasən qəbul aparır”.

 

Təhsil ekspertinin sözlərinə görə stamotologiya ixtisasını 5 il oxuyub, qurtardıqdan sonra əmək fəaliyyətinə başlamaq olar:

 

“Bu ixtisaslardan sonra psixologiya və fizioterapiya ixtisaslarını məsləhət görərdim. Çünki Avropanın inkişaf etmiş ölkələrində, o cümlədən Türkiyədə geniş yayılmış ixtisasdır. Hazırki dövrdə psixoloqlara və fizioterapistlərə ehtiyac var. Azərbaycanda 3-5 il sonra bəlkə də 10 il sonra bu ixtisaslara çox ciddi tələbat olacaq. İctimai səhiyyə ixtisası daha çox səhiyyənin idarə olunması yönünə istiqamətləndirir. Bu ixtisasın mütəxəssisləri  tibb müəssisələrində icracı direktor  fəaliyyətinə başlaya bilərlər”.

 

R.Nurəliyev vurğulayıb ki, biologiya ixtisasında təhsil aldıqdan sonra  magistraturada ginekologiya, genetika və monokulyar biologiya sahəsi üzrə ixtisaslaşa bilərlər:

 

“Bununla yanaşı, kimya ixtisasında təhsili ingilis dilində məsləhət görürəm. Gələcəkdə kimya sektoru üzrə və yaxud da ki, neft-kimya sahəsi üzrə istər SOCAR, istərsə də digər yerlərdə iş imkanları əldə edə bilərlər. Eyni zamanda kimya  sənayesinə ayrılan zavodlarda iş imkanları var. Abituriyentlər, həmçinin kimya, biologiya müəllimliyini seçə bilərlər. Gələcəkdə MİQ imtahanı ilə ümumtəhsil məktəblərində əmək fəaliyyətinə başlaya bilərlər. Çünki müəllimliyə hər zaman ehtiyac var”.

 

Təhsil eksperti qeyd edib ki, 500 bal toplayan abituriyentin əczaçılıq və tibb bacısı ixtisasında təhsil almasını məsləhət görmürəm:

 

“Bu ixtisaslardansa, abituriyentin biologiya ixtisasını seçim etməsi daha məqsədəuyğun olar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
Mənbələr
Şərh ()
Bağla