AZ

Xabi Alonso: “Bayer” treblə layiqdir”

“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının yarımfinalında “Roma” ilə cavab oyunundan (2:2) sonra trebl haqda danışıb.

Arena.az xatırladır ki, ilk oyunda Romada 2:0 hesabı ilə qələbə qazanmış “əczaçılar”, Leverkuzendəki 2:2 hesablı heç-heçədən sonra Avropa Liqasının finalına yüksəliblər.

“Avropa Liqasının finalına yüksəldiyimiz üçün xoşbəxtik. İndi bir həftə ərzində iki final oynamalıyıq. Avropa Liqasının yarımfinalında biz xasiyyətimizi göstərdik. Oyundan sonra futbolçularımın gözlərinin içinə baxdım və onların daha çoxunu istədiyini gördüm.

Hələ üç qənimət qazanmaq imkanımız var. Mənim uşaqlarım isə trebl qazanmağa layiqdirlər”, – UEFA-nın rəsmi saytı ispan mütəxəssisdə sitat gətirir.

Xatırladaq ki, “Bayer” cari mövsüm Almaniya Bundesliqasında çempionluğunu erkən surətdə təmin edib. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalına yüksəliblər və may ayının 25-də “Kayzerslautern”lə qarşılaşacaqlar.

Avropa Liqasının finalına gəlincə, “Bayer” may ayının 22-də İrlandiyanın paytaxtı Dublin şəhərinin “Aviva” stadionunda “Atalanta” ilə qarşılaşacaq. Final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla