AZ

“Milan”ın əfsanəvi futbolçusu birlikdə oynadığı ən yaxşı futbolçuların adını açıqladı

"Milan"ın əfsanəvi müdafiəçisi və “rossonyerlər”in sabiq texniki direktoru Paolo Maldini birlikdə oynamaq imkanı əldə etdiyi ən yaxşı futbolçuların adını açıqlayıb.

Sportal.az xəbər verir ki, “Radio Italia”ya danışan tanınmış futbol adamı Ronaldinyo və Ronaldonun istedadını xüsusi vurğulayıb:

"Mənəvi güc baxımından Franko Barezi heyrətamiz futbolçu idi. Ümumiyyətlə danışmırdı. O, hərəkət edirdi və mükəmməl idi. Mən Marko Van Bastenlə də oynamışam. Pis mövsümlərdə də böyük oyunçularla komanda yoldaşı olmuşam. Ronaldo və Ronaldinyo indiyə qədər gördüyüm texniki cəhətdən ən istedadlı oyunçulardır. Lakin onlar “Milan”a karyeralarının sonunda gəldilər. “İnter”də Ronaldoya qarşı oynamaq çox çətin idi. Dayana bilmirdi. Qaydalar indiki kimi sərt deyildi. Biz daha çox fiziki gücdən istifadə edə bilərdik, lakin o, nəhəng, sürətli və texniki cəhətdən istedadlı idi".

Paolo Maldini 1984-2009-cu illər arasında “Milan”ın heyətində 647 oyun keçirib və 29 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla