AZ

Ançelotti "Bayern"lə oyununun qəhrəmanını görün kimin təkidindən sonra meydana buraxıb

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində baş tutan "Real" - "Bayern" oyunu ilə bağlı maraqlı məqam ortaya çıxıb.

Publika.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti görüşün qəhrəmanı olan hücumçu Xoselunu meydana buraxmaq fikrində olmayıbmış. O, ancaq köməkçisi və oğlu Davidin təkidindən sonra görüşün taleyini dəyişən ispaniyalı futbolçunu əvəzetmədən oyuna daxil edib. Bu barədə AS məlumat yayıb.

81-ci dəqiqədə meydana daxil olan Xoselu matçın 88-ci və 91-ci dəqiqələrində fərqlənib. Bununla da "Real" turnirin finalına vəsiqə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla