AZ

Möhtəşəm boks gesəsinin döyüşləri açıqlandı

Səudiyyə Ərəbistanı idmana yatırımlarını genişləndirməkdə davam edir. Gələn həftə ölkənin paytaxtında böyük bir boks gecəsi təşkil ediləcək.

Mayın 18-də Ər-Riyadda baş tutacaq gecənin əsas döyüşü Tayson Fyuri (34-0-1) ilə Aleksandr Usik (21-0) arasında olacaq. Onlar ağır çəkidə mütləq dünya çempionu adı uğrunda mübarizə aparacaqları. Bundan başqa tədbir zamanı bir neçə döyüşün keçirilməsi planlaşdırılır. Döyüşlərin siyahısı təşkilatçılar tərəfindən elan edilib.

Mairis Briedis (28-2) – Jai Opetaya (24-0);

Co Kordina (17-0) – Entoni Kakas (21-1);

Sergey Kovalyov (35-4-1) – Robin Safar (16-0);

Mark Çemberlen (15-0) – Coşua Oluvaseun Vahab (23-1);

Frank Sançez (24-0) – Agit Kabayel (24-0);

Daniel Lapin (9-0) – Oktavio Pudivitr (9-1).

Boks gecəsi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla