AZ

Arxiyepiskop aksiyasına adam yığır

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi yürüş iştirakçılarının sayı artır.

Aksiyaçılar Respublika meydanından universitetlərə gedirlər.

“Cebhe.info” xəbər verir ki, Qalstanyana müxtəlif universitetlərin tələbələri qoşulur.

O, universitetlərdə qısa müddətə dayanır, tələbələri öz hərəkatına qoşulmağa və vətənlərinin itirilməsinin qarşısını almağa çağırır. Yürüş iştirakçıları artıq İrəvan Dövlət Universiteti, Politexnik və Kənd Təsərrüfatı Universitetləri, İrəvan Konservatoriyasının qarşısından keçiblər. 

Xatırladaq ki, bir gün əvvəl İrəvanın Respublika meydanında Qalstanyan mayın 10-da səhər saatlarında paytaxt və regionlarda itaətsizlik aksiyalarına başlamağa çağırmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla