AZ

Bakıda maşını oğurlayıb hissələrini sökdülər

Bakıda avtomobil qaçırılıb.

Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səfadar Axundov müəyyən olunaraq saxlanılıb. Avtomobil onun yaşadığı evin həyətindən kapotu və təkərləri sökülmüş vəziyyətdə aşkarlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla