AZ

“Apple” şirkəti bu reklama görə ÜZR İSTƏDİ: "Hədəfdən yayınmışıq..." - VİDEO

“Apple” “iPad Pro”nun bu yaxınlarda təqdim etdiyi reklamına görə sosial mediada tənqid atəşinə tutulub. 

 

Sfera.az xəbər verir ki, reklam videoçarxında bir çox musiqi aləti pressləmə maşını ilə əzilərək məhv edilir.

 

Bunun ardından ABŞ-nin texnologiya şirkəti “Ad Age” jurnalında üzrxahlıq dərc edib.

 

"Məqsədimiz hər zaman istifadəçilərin “iPad” vasitəsilə özlərini ifadə etmək və fikirlərini həyata keçirmək üçün şərait yaratmaqdır. Bu video ilə hədəfdən yayınmışıq və üzr istəyirik”, - açıqlamada bildirilib.

 

Qeyd edək ki, “Apple” mayın 7-də keçirilən "Let Loose" tədbirində yeni “iPad” modellərini istifadəçilərə təqdim edib. Bildirilib ki, “iPad Pro”nun displeyləri təkmilləşdirilib və indiyə qədər hazırlanmış ən nazik “Apple” məhsuludur.

 

 

Firuzə Əliyeva

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla