AZ

Hansı şəhərdə milyarder daha çoxdur? - Siyahı

Milyarderlərin əksəriyyəti Nyu-Yorkda yaşamağa üstünlük verirlər. 

Bakıvaxtı.az "CNN"ə istinadən bildirir ki, bu, beynəlxalq daşınmaz əmlak məsləhəti şirkəti "Henley & Partners"in illik "Dünyanın Ən Zəngin Şəhərləri Hesabatı"nda yer alıb.

Hesabat 2024-cü il üçün 10 şəhər üzrə sərvəti 1 milyon dollar və ya daha çox olan şəxslərin sayına görə tərtib olunub. 

Siyahıda Pekin 42 milyarderlə 10-cu, Honq-Konq 35 milyarderlə 9-cu, Sidney 20 milyarderlə 8-ci, Fransa 23 milyarderlə 7-ci, Los-Anceles 43 milyarderlə 6-cı, London 35 milyarderlə 5-ci, Sinqapur 30 milyarderlə 4-cü, Tokio 12 milyarderlə 3-cü yeri tutub. 

ABŞ-nin San-Fransisko və Nyu-York şəhərləri isə siyahıda ilk iki yerdədir. San-Fransiskoda 305 min 700 milyonçu və 68 milyarder var. Nyu-Yorkda isə 349 min 500 milyonçu və 60 milyarder yaşayır.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla