AZ

ABŞ-da yenidən Çin mallarına əlavə rüsumlar məsələsi gündəmə gəlir

ABŞ-da yenidən Çin mallarına əlavə rüsumlar məsələsinin gündəmə gətirilməsi Çində narazılıq və narahatlıqla qarşılanıb.

Bununla bağlı mətbuata açıqlamasında Çin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü deyib ki, Bayden rejimi bu məsələni gündəmə gətirməklə Trampın yolu ilə getmək istəyir. Onun sözlərinə görə, vaxtı ilə Tramp da bu məsələdə yanlış mövqe nümayiş etdirdi və bundan uduzan isə hər iki ölkə oldu.

XİN rəsmisi Baydenin səhv yolda olduğunu və belə bir addımın tərəflər arasındakı münasibətlərə yaxşı heç nə vəd etməyəcəyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Bayden Çindən alüminium və polad istehsalı idxalına rusumların 3 dəfə artırılacağını bəyan etmişdi.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
Mənbələr
Şərh ()
Bağla