AZ

AÇG-dən SOCAR-a səmt qazının tədarükü artıb

Bakı. Trend:

2024-cü ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG)yataqlar blokundan Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) sutkadaorta hesabla 7,4 milyon kubmetr (ümumilikdə 0,7 milyard kubmetr)səmt qazı tədarük edilib.

Bu barədə Trend-ə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilinbirinci rübünün nəticələrinə həsr olunmuş hesabata istinadən xəbərverir.

Səmt qazı əsasən Səngəçal terminalına, eləcə də SOCAR-ın NeftDaşlarındakı obyektinə verilirdi.

Hasil edilən səmt qazının qalan hissəsi lay təzyiqini saxlamaqüçün yenidən vuruldu.

2023-cü ilin eyni dövründə isə səmt qazının tədarük həcmi ortahesabla sutkada təxminən 6,5 milyon kubmetr təşkil edib. Belə ki,səmt qazının tədarükü illik müqayisədə 13,8 faiz artıb.

Qeyd edək ki, AÇG Hasilatın Pay Bölgüsü Sazişinin müqavilətərəfləri adından operator BP Exploration (Caspian Sea) Limitedşirkətidir.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR(25,0%), MOL (9,57%), INPEX (9,31%), Equinor (7,27%), ExxonMobil(6,79%), TPAO (5,73%) ), ITOCHU (3,65%). %), ONGCVidesh(2,31%).

X: @Lyaman_Zeyn

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
Mənbələr
Şərh ()
Bağla