AZ

Qızılın qiyməti son 3 həftənin ən yüksək səviyyəsinə çatıb

Qızıl ABŞ Mərkəzi Bankının (FED) bu il pul siyasətini yumşaltmağa başlayacağına dair fikirləri dəstəkləyən ABŞ məlumatlarının köməkliyi ilə təxminən üç həftənin ən yüksək səviyyəsinə qalxıb.

Marja xəbər verir ki, qızıl həftənin son ticarət günündə 1 faiz də bahalaşaraq 2370 dollar/unsiya səviyyəsində satılır. 

Qızıl qiymətləri aprelin ortalarında rekord həddə çatdıqdan sonra stabiləşsə də, bu il 14 faiz bahalaşıb.

Cümə axşamı günü açıqlanan ilk işsizlik müraciətlərinin sayı avqust ayından bu yana ən yüksək səviyyədə olun və bu, ölkənin əmək bazarının "soyuduğunu" göstərir. Fed rəsmiləri faiz endirimi etməzdən əvvəl inflyasiyanın nəzarət altında saxlanmasının vacib olduğunu bildirmişdilər.

"ANZ Group Holdings Ltd" ilin sonuna qədər qızılın unsiyasının 2500 dollara yaxınlaşacağını proqnozlaşdırır və qiymətli metalın bahalaşmasının güclü tələbin dəstəyi ilə davam edəcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla