AZ

Zelenski dövlət mühafizə idarəsinin rəisini işdən azad etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Dövlət Mühafizə İdarəsinin rəhbəri Sergey Rudu vəzifəsindən azad edib.
Yeniavaz.com
xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
“Rud Sergey Leonidoviç Ukraynanın dövlət mühafizə idarəsinin rəisi vəzifəsindən azad edilsin”, - sərəncamda bildirilib.
İşdən çıxarılma Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiya agentləri tərəfindən Ukrayna Prezidentinə sui-qəsd planlarını aşkar etməsindən iki gün sonra baş verib.
Sərəncamda işdən çıxarılman;n səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, 47 yaşlı Rud bu idarəyə 2019-cu ilin 16 oktyabrından rəhbərlik edib. 2022-ci ildən isə o, Ali Baş Komandanlıq Qərargahının üzvü olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla