AZ

Lukaşenko: Üçüncü dünya müharibəsinə yol vermək olmaz

Lukaşenko: Üçüncü dünya müharibəsinə yol vermək olmaz



 12:43 10.05.2024     201

Belarus  Prezidenti Alkesandr Lukaşenko deyib ki, üçüncü dünya müharibəsinə yol vermək olmaz.

Demedia.az xəbər verir ki, Prezident  bildirib ki,  əks halda nüvə apokalipsisi qaçılmazdır.

Belarus liderinin sözlərinə görə, Qərbin dialoq və əməkdaşlıqdan imtina etdiyi bir şəraitdə sülhü müdafiə edən və əməkdaşlığa can atan hər kəsin səsi vacibdir:  “Amma təəssüf ki, biz bu səsləri eşitmirik”.

Bundan əvvəl amerikalı milyarder Devid Saks xəbərdarlıq etmişdi ki, ABŞ qoşunlarının Ukraynaya göndərilməsi üçüncü dünya müharibəsi riski ilə münaqişənin genişlənməsinə gətirib çıxaracaq.

Bahadur Seyidov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla