AZ

Rusiya Xarkova S-300, S-400 raketləri ilə zərbə endirdi

Mayın 10-na keçən gecə Rusiyanın Xarkovu atəşə tutması zamanı 3 nəfər yaralanıb, 50-dən çox evə ziyan dəyib. Qurbanlar 11 yaşlı uşaq və 72 yaşlı xarkovlu təqaüdçü və şəhərətrafı kəndin 62 yaşlı sakinidir.

“AzPolitika” yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.

Xarkovda, şəhər meri İqor Terexovun sözlərinə görə, S-300 raket zərbəsi nəticəsində üç ev yanıb. Daha 26 evə isə müxtəlif ziyan dəyib, əhaliyə qaz verilişi dayandırılıb.

Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, Rusiya gecə ərzində Xarkov vilayəti istiqamətində on hücum pilotsuz təyyarəsi və iki S-300/S-400 raketi atıb. Bütün pilotsuz təyyarələr Odessa, Nikolayev və Xerson vilayətləri üzərində məhv edilib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
Mənbələr
Şərh ()
Bağla