AZ

Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdi”

“Heydər Əliyev Azərbaycanın taleyini həll edən dahi şəxsiyyət olaraq tarixə adını böyük hərflərlə yazdırıb. O, əbədiyaşar liderdir. 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra, parçalanmaq ərəfəsində olan Azərbaycanı həm xarici, həm də  daxili düşmənlərdən Vətənin bir xilaskar komandanı, bir əsgəri kimi qoruyub saxladı. Tarixə nəzər yetirsək, müasir Azərbaycanın müstəqillik dönəmindən əvvəl və sonrakı taleyində,  xalqın tərcümeyi-halında baş verən bütün taleyüklü məsələlərdə məhz Heydər Əliyevin imzası vardır.”

Bu fikirləri Ednews-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib.

U.Mirzəyev qeyd edib ki, Heydər Əliyev hər şeydən əvvəl böyük dövlət adamı və hər kəsin sayğı göstərdiyi qeyri-adi şəxsiyyət idi. Ulu Öndər fəaliyyəti ərzində ən yüksək zirvələri fəth edərək, həm Sovetlər dönəmində, həm də sonrakı illərdə  dünya miqyaslı siyasi xadim kimi adını tarixə yazdırdı. 

“Heydər Əliyev bir pərvanə kimi ömrünün sonuna qədər millətini, dövlətini düşünüb, onun naminə savaşıb özünü fəda edib. Heydər Əliyevin dünya liderləri ilə, beynalxalq təşkilatların rəhbərləri ilə, məcburi köçkün və qaçqın soydaşlarla görüşləri, meydanlardakı çıxışları yadıma gəlir, onun dövlət və hökumət məmurları ilə, ziyalılarla söhbətlərini xatırlayıram. O həm də ədəbiyyat və incəsənətin, ümumən mədəniyyətin və mətbuatın mahir bilicisi olmaqla yanaşı, həm də bu sahələrin cəmiyyətə təsir gücünü dəyərləndirməyi bacaran bir lider idi. Bir neçə dövlət tədbirində və Yazıçılar Birliyinin Filarmoniyada keçirilən qurultayında onu yaxından görmək imkanım olmuşdur.  2002-ci ildə isə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görüləndə həmin tədbirin iştirakçısı idim. Heydər Əliyev dünya siyasətçiləri arasında mətbuata xüsusi diqqət yetirən nadir dövlət başçılarından idi". 

Ulu Öndərin doğum günündə təəssüratlarını bölüşən Umud Mirzəyev sonda vurğuladı ki, Heydər Əliyev haqqında dahi siyasətçi, Sovet İttifaqının ali rəhbərlərindən biri olmuş görkəmli şəxsiyyət, mədəniyyət və ədəbiyyat adamı, nümunəvi vətəndaş, qayğıkeş ata, el ağsaqqalı kimi günlərlə danışmaq olar: 

“Bunların hər birində tarixi şəxsiyyət olaraq bir əzəmət, bütövlük vardır. O qüdrətli şəxsiyyətin özünün dediyi kimi, nə qədər ki Azərbaycan var, Heydər Əliyev də əbədiyyətə qədər xalqın qəlbində yaşayacaqdır!” 

Oğuz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla